"SUMQAYIT KİMYA SƏNAYE PARKI" MMC

İdarəedici təşkilat

"Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı və Pirallahı Sənaye Parkının idarəedici təşkilatıdır.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılmışdır.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC 11 may 2012-ci ildə dövlət qeydiyyatına alınmışdır.