SUMQAYIT KİMYA SƏNAYE PARKI

09.10.2017 Bildiriş

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti aşağıdakı lotlar üzrə  işlərin satın alınması üçün təkliflər sorğusu keçirir.   

 

Lot 1.Pirallahı Sənaye Parkının 30 hektar ərazisinin qaz xəttinin layihə-smeta sənədlərinin hazırlanması.

Lot 2. Pirallahı Sənaye Parkının 30 hektar ərazisinin mühəndis xətləri və avtomobil yollarının (texniki su, su anbarı və nasosxanalar, avtomobil yolları, məişət tullantı suyu xətti, yağış suyu xətti, yanğına qarşı su xətti, içməli su xətti) layihə-smeta sənədlərinin hazırlanması.

Təkliflər sorğusu iştirakçılarına təklif edilir ki, öz qiymət təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İştirak etmək istəyənlər lot üçün iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs – Abbas Mamedov (telefon: 012-488-80-65)

İştirak haqqı:

Lot 1. 140 manat

Lot 2. 300 manat

H/h: AZ65PAHA38090AZNHC0190006581

VÖEN: 2902478331

Bank: “PAŞA Bank” ASC

Bankın VÖEN-i: 1700767721

Bankın kodu: 505141

SWİFT: PAHAAZ22

M/h: AZ82NABZ01350100000000071944

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;

İştirak haqqının ödənilməsi barədə bank sənədi;

Qiymət təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

Qiymət təklifi dəyərinin 1%-i həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddəti bitdikdən sonra 30 bank günü);

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış; 

İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Rəhbər şəxsin (imza sahibinin) tutduğu vəzifəni təsdiq edən sənədin surəti.

Tələb olunan digər zəruri sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan  təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır).

Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 16 oktyabr 2017-ci il saat 18:00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanında yerləşən ofisinə yazılı formada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 17 oktyabr 2017-ci il, saat 16:00-da Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanında yerləşən ofisində, iclas zalında açılacaqdır.

Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

 

TENDER KOMİSSİYASI