SUMQAYIT KİMYA SƏNAYE PARKI

31.10.2017 Bildiriş  

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Pirallahı Sənaye Parkının 30 hektar ərazisinin qaz xəttinin layihə-smeta sənədlərinin hazırlanması (Lot 1.) və Parkın 30 hektar ərazisinin mühəndis xətləri və avtomobil yollarının (texniki su, su anbarı və nasosxanalar, avtomobil yolları, içməli su xətti, məişət tullantı, yağış suyu, yanğına qarşı su xətləri,) layihə-smeta sənədlərinin hazırlanması işlərinin (Lot 2.) satın alınması ilə əlaqədar keçirilmiş təkliflər sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Təkliflər sorğusunun nəticələri haqqında Tender komissiyasının qərarına əsasən, “AZİN Construction” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqavilələri bağlanmışdır.