"SUMQAYIT KİMYA SƏNAYE PARKI" MMC

01.12.2017 Tender elanı təkrar

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC Sumqayıt Kimya Sənaye Parkının 167.66 və 127.96 hektar ərazilərində əmlakın mühafizəsi üzrə iş və xidmətlərin satın alınması ilə əlaqədar açıq tender elan edir.

Tender 1 lot üzrə keçirilir. Sumqayıt Kimya Sənaye Parkının 167.66 və 127.96 hektar ərazilərində əmlakın mühafizəsi üzrə iş və xidmətlərin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs – Abbas Mamedov (telefon: 012-488-80-65)

İştirak haqqı: 500 manat.

H/h: AZ65PAHA38090AZNHC0190006581 

VÖEN: 2902478331

Bank: “PAŞA Bank” ASC 

Bankın VÖEN-i: 1700767721

Bankın kodu: 505141

SWİFT: PAHAAZ22

M/h: AZ82NABZ01350100000000071944

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

•Tenderdə iştirak etmək üçün yazılı müraciət;

•Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

•Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

•Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddəti bitdikdən sonra 30 bank günü);

•Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış;  

•İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

•İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

•Tələb olunan digər zəruri sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). 

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19 dekabr 2017-ci il tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28 dekabr 2017-ci il, saat 18:00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanında yerləşən ofisinə yazılı təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 

İddiaçıların təklifləri 29 dekabr 2017-ci il, saat 12:00-da Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanında yerləşən ofisində açılacaqdır.

Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI