"SUMQAYIT KİMYA SƏNAYE PARKI" MMC

07.12.2017 Bildiriş

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC “Kaspersky” antivirus sisteminin lisenziyasının növbəti 1 il müddətinə uzadılmasına dair iş və xidmətlərin satın alınması məqsədilə kotirovka sorğusu keçirir.

Kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) və digər zəruri sənədlər 13 dekabr 2017-ci il saat 18:00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti, 37, “Demirchi Tower” ünvanında yerləşən ofisinə təqdim edilməlidir. Əlaqələndirici şəxs – Abbas Mamedov (telefon:012-488-80-65 dax.). Zərflər 14 dekabr 2017-ci il saat 15:00-da həmin ünvanda açılacaqdır.

Maraqlananlar müvafiq məlumatları “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirçi Tower” ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə və ya www.scip.az saytından əldə edə bilərlər.