"SUMQAYIT KİMYA SƏNAYE PARKI" MMC

Hədəfimiz – Gələcəyə baxışımız

Ölkədə həyata keçirilən iqtisadi siyasətin prioriteti qeyri-neft sektorunun inkişafıdır. Bu məqsədlə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, ölkədə innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni fəaliyyət növlərinin və məhsullarının təşviqi üçün əlverişli mühitin yaradılması ilə yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlər gücləndirilir. Azərbaycanda elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılır. 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Kimya Sənaye Parkının idarəedici təşkilatı “Sumqayıt Kimya Sənaye Parkı” MMC dövlətin hər tərəfli diqqətini hiss edir. Azərbaycanda innovativ sənaye quruculuğunun irimiqyaslı lahiyəsi olaraq Sumqayıt Kimya Sənaye Parkında investorlar üçün ən münasib işgüzar şərait təklif edilir.

Neft-kimya sənayesi ölkə iqtisadiyyatının inkişafının ayrılmaz tərkib hissəsidir. Bu sektor mühəndis-quraşdırma, maşınqayırma, avtomobil, ərzaq və digər sənaye sahələrində texniki həllər və məhsul baxımından istehsal əlaqələrini təmin edir. Neft və qaz ehtiyatları ilə zəngin olan ölkələr daha ucuz xammal ehtiyatlarına malik olurlar və bu üstünlükdən istifadə edərək müvafiq istiqamətli sənaye obyektləri, o cümlədən texnoparklar və sənaye parkları yaradırlar.

Cənubi Qafqazın ilk kimya sənaye parkı SKSP-nin əsas hədəfləri

- Qafqaz və Orta Şərq regionunda kimya-sənaye mərkəzinə çevrilmək;

- Yerli istehsalın rəqabət qabiliyyətliliyini artırmaq; 

- Ölkədə innovativ və yüksək texnoloji istehsalı və bu sahədə sahibkarlığı genişləndirmək; 

- Qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq;

- İnvestorlar üçün geniş imkanlar məkanı olmaq;

- Kimya sənayesində innovativ və yüksək texnoloji istehsalın əsas mərkəzinə çevrilmək; 

- Regionda kimya sənayesi məhsullarının əsas təchizatçısına çevrilmək;

“Araşdırma və inkişaf” işinin təşkili, biznes inkubatorların yaradılmasıdır.