"SUMQAYIT KİMYA SƏNAYE PARKI" MMC

İmtiyazlar

Sumqayıt Kimya, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları regionda investisiya yatırımı üçün ən münasib sənaye parklarıdır. Bu sənaye parklarında rezident kimi fəaliyyət göstərən sahibkarlara geniş imkanlar yaradılır.

Azərbaycan Respublikasının qanunvericiliyində edilmiş dəyişikliklərə müvafiq olaraq sənaye və texnologiyalar parklarının rezidentlərinə 7 il müddətinə vergi və gömrük güzəştləri tətbiq edilir:

- Əmlak vergisindən;

- Torpaq vergisindən;

- Mənfəət vergisindən;

İdxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunurlar.

Hazırda vergiləri ödədikdən sonra investorlara mənfəətin repatriasiyası imkanına təminat verilir.