"SUMQAYIT KİMYA SƏNAYE PARKI" MMC

Müraciət forması

Sənaye Parkında investorun qeydiyyat proseduru operator və müraciət edən hüquqi və ya fiziki şəxs arasında Niyyət Razılaşmasının imzalanması ilə başlanılır. 

Növbəti mərhələdə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə qeydiyyat üçün müraciət ərizəsi və ərizəyə əlavə olunan sənədlər təqdim edilir. 

Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyata alınması üçün ərizədə:

• Ərizəçi haqqında məlumatlar; 

• Sənaye parkında nəzərdə tutulan ərazinin göstəriciləri;

• İstehsalat tələbatı;

• Tullantıların ətraf mühitə təsiri;

• İnvestisiya layihəsi üzrə məlumatlar qeyd olunur. 

Sənaye Parkında fəaliyyət göstərmək istəyən şəxs ərizəyə aşağıdakı sənədləri əlavə edir:

• Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (ərizəçi hüquqi şəxs olduqda);

• Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizəçi hüquqi şəxs olduqda);

• Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti (ərizəçi fiziki şəxs olduqda);

• Hüquqi şəxsin nizamnaməsinin surəti (ərizəçi hüquqi şəxs olduqda);

• İnvestisiya layihəsi (biznes plan); 

• Hüquqi və fiziki şəxsin sənaye parkında məşğul olmaq istədiyi sahibkarlıq fəaliyyəti üçün xüsusi razılığın (lisenziyanın) və icazə xarakterli digər sənədlərin surətləri (əgər ərizədə göstərilibsə). 

Sənaye Parkında investorun qeydiyyat proseduru operator və müraciət edən hüquqi və ya fiziki şəxs arasında Niyyət Razılaşmasının imzalanması ilə başlanılır. 

Növbəti mərhələdə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə qeydiyyat üçün müraciət ərizəsi və ərizəyə əlavə olunan sənədlər təqdim edilir. 

 

Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyata alınması üçün Müraciət forması