"SUMQAYIT KİMYA SƏNAYE PARKI" MMC

Peşə Tədris Mərkəzi

Müasir dövrdə biznes fəaliyyətinin effektivliyinin artırılması üçün peşə hazırlığı keçmiş təcrübəli kadrların olması zəruridir. Bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkında Peşə Tədris Mərkəzi (“Vocational School”) fəaliyyət göstərəcək. Burada əsasən kimya, inşaat və mexatronika istiqamətləri üzrə 30-a yaxın peşə hazırlığı həyata keçiriləcək. Mərkəzin işini Avropa standartlarına uyğun qurmaq məqsədilə burada Almaniyanın Ştutqard Texniki Universiteti ilə əməkdaşlıq çərçivəsində əldə edilən təcrübələr əsasında “Paralel təhsil” (“dual education”) modeli tətbiq olunacaq. Peşələrə yiyələnmənin effektivliyini təmin etmək üçün tədris prosesi təhsil-təcrübə-tətbiqetmə ardıcıllığı ilə qurulacaq. 

Tədris prosesində əldə olunan biliklər tələbələr tərəfindən təcrübədən keçirilir və növbəti mərhələdə real istehsalat şəraitində tətbiq edilir. Sənaye Parkında fəaliyyət göstərəcək emalatxanalarda istehsal prosesini təkmiləşdirmək üçün lazımi şərait təmin ediləcək.