"SUMQAYIT KİMYA SƏNAYE PARKI" MMC

“Bir pəncərə” sistemi

Sənaye parklarında biznes prosedurlar maksimal dərəcədə sadələşdirilib. Burada rezidentlərin qeydiyyat proseduru elektron formada “bir pəncərə” sistemi vasitəsi ilə həyata keçirilir. Rezidentlər elektron formada yalnız bir instansiyaya müraciət etməklə qeydiyyatdan keçirlər. Sənaye parklarında “bir pəncərə” prinsipi ilə rezidentlərin qeydiyyatının aparılması mütərəqqi dünya təcrübəsinə əsaslanır.

Parkların rezidentləri biznes fəaliyyətinin rahat təşkil edilməsi üçün bütün zəruri vasitələr və xidmətlərlə təmin edilirlər.