"SUMQAYIT KİMYA SƏNAYE PARKI" MMC

Anbarlar

Sumqayıt Kimya Sənaye Parkında rezidentlər üçün əlavə xidmətlər təqdim edilir. Parkın ərazisində müxtəlif təyinatlı yüklərə xidmət üçün nəzərdə tutulmuş yükləmə-boşaltma məntəqələri fəaliyyət göstərəcək. Rezidentlərin biznes fəaliyyətinin maksimal rahatlığını təmin etmək üçün yükləmə-boşaltma məntəqələrinə yaxın ərazidə 10 min kv. m. ərazini əhatə edəcək 2 ədəd anbar inşa olunacaq. Anbarlarda malların daşınmasını təmin etmək üçün kranlar və çəngəlağız qaldırıcılar (forklift) olacaq.