"SUMQAYIT KİMYA SƏNAYE PARKI" MMC

Ətraf mühitin monitorinqi xidməti

Sumqayıt Kimya Sənaye Parkının idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC rezidentlərin fəaliyyətinin ətraf mühitə zərərsiz həyata keçirilməsinə dəstək olacaq. Bu məqsədlə rezidentlərə müasir tələblərə cavab verən ekoloji monitorinq xidməti təklif ediləcək. Burada həmçinin emissiya olunan qazların ətraf mühitə təsirinin monitorinqi həyata keçiriləcək. Rezidentlərin biznes fəaliyyətinin ətraf mühitə təsiri mütəxəssislərimiz tərəfindən qiymətləndiriləcək və hesabat tərtib edilərək müvafiq tövsiyyələr paketi formalaşdırılacaq. Bizim ekoloji ekzpertizamız, monitorinqlərimiz və məsləhətlərimiz Sizin biznesinizin ətraf mühitə zərərli təsir riskinin azaldılmasına dəstək olacaq.