SUMQAYIT KİMYA SƏNAYE PARKI

Keyfiyyətə nəzarət

Biznes fəaliyyətinin effektivliyinin əsas şərtlərindən biri şirkətdə keyfiyyətə nəzarət sisteminin qurulmasıdır. Sumqayıt Kimya Sənaye Parkının idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC olaraq Biz rezidentlərə keyfiyyətə nəzarət xidmətini təklif edəcəyik. Laboratoriyalarda polimerlərin analizi və digər zəruri araşdırmalar aparmaq üçün imkanlar yaradılacaq. Burada rezidentlərin sifarişi əsasında daxil olan və ya Parkdan çıxarılan məhsul və xidmətlərin keyfiyyətinə giriş-çıxış nəzarəti xidməti təklif olunacaq. Araşdırmalar məhsul və xammalın texniki pasportlarına uyğunluq prinsipi əsasında həyata keçiriləcək.