"SUMQAYIT KİMYA SƏNAYE PARKI" MMC

15.02.2018 İnnovativ sənayenin inkişafına həsr olunmuş Konfrans keçirilib

Fevralın 15-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın innovativ sənaye trendləri: mövcud potensialı, inkişafı və perspektivləri” mövzusunda Konfrans keçirilib.

Tədbirdə aidiyyəti dövlət qurumlarının, ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının nümayəndələri və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Ardını oxu...

19.01.2018 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

20 Yanvar – Ümummilli hüzn günü ilə əlaqədar “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də faciənin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardını oxu...

08.01.2018 Bildiriş

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində əmlakın mühafizəsi üzrə iş və xidmətlərin satın alınması ilə əlaqədar keçirilmiş açıq tender prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açıq tenderin nəticələri haqqında Tender komissiyasının 29 dekabr  2017-ci il tarixli qərarına əsasən, “GESCO” ASC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

28.12.2017 Bildiriş

 “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən dəftərxana ləvazimatlarının və katriclərin doldurulması üzrə iş və xidmətlərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender Komissiyasının qərarına əsasən, “GREAT TİME” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

22.12.2017 Bildiriş

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindənSumqayıt Kimya Sənaye Parkının 94.13 hektar ərazisinin texniki su ilə təchizatının təmin edilməsi üçün əraziyə “Azərikimya” İB-nin texniki su xəttindən çəkiləcək alternativ texniki su xəttinin tikintisi işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tender prosedurunda iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirilmişdir.

Ardını oxu...

21.12.2017 Bildiriş

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin "Sumqayıt Kimya Sənaye Parkı" MMC dəftərxana ləvazimatlarının və katriclərin doldurulması üzrə iş və xidmətlərin satın alınması məqsədilə kotirovka sorğusu keçirir.

Ardını oxu...

15.12.2017 Bildiriş

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Mingəçevir Sənaye Parkının 14.8 hektar ərazisinə çəkiləcək qaz xəttinin, elektrik şəbəkəsinin, infrastruktur qurğu və xətlərinin (hasar və nəzarət məntəqələrinin, avtomobil yollarının, su anbarı, içməli su, texniki su, yanğına qarşı su, məişət tullantı suyu, yağış suyu və kimyəvi tullantı suyu xətlərinin) layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması ilə əlaqədar keçirilmiş təkliflər sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir.

Ardını oxu...

15.12.2017 Bildiriş

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən “Kaspersky” antivirus sisteminin lisenziyasının növbəti 1 il müddətinə uzadılmasıilə əlaqədar keçirilmiş kotirovka sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir.

Kotirovka sorğusunun nəticələri haqqında Tender Komissiyasının qərarına əsasən, “ULTRA Texnologies” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

07.12.2017 Bildiriş

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC “Kaspersky” antivirus sisteminin lisenziyasının növbəti 1 il müddətinə uzadılmasına dair iş və xidmətlərin satın alınması məqsədilə kotirovka sorğusu keçirir.

Ardını oxu...

15.12.2017 Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib.

Bu layihə Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanına uyğun olaraq həyata keçirilib. Fərmana əsəsən Sumqayıt Kimya Sənaye Parkı və İqtisadiyyat Nazirliyinin tabeliyində parkın idarəedici təşkilatı olan “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Hazırda Parkda istehsalat və tikintidə 5700 nəfərdən çox işçi çalışır.

Ardını oxu...